İran xarici işlər nazirinin Azərbayacana səfəri təsdiqlənmir
29 Fevral 2012 Çərşənbə 14:26
Səfirlik belə bir səfər olacağı təqdirdə mətbuatı məlumatlandıracağını deyib.
İranın Bakıdakı səfirliyi bu ölkənin xarici işlər naziri Əli Əkbər Salehinin Bakıya səfər edəcəyi barədə məlumatları hələlik təsdiqləməyib. Diplomatik missiyadan "1nеws.az"a verilən məlumata görə, əgər belə bir səfər olsa, səfirlik bu barədə mətbuatı məlumatlandıracaq.

Qeyd edək ki, İranın "Fars" agentliyi bu gün İranın xarici siyasət idarəsinin rəhbərinin Azərbaycana səfər edəcəyi barədə məlumat yayıb. Agentlik məlumatı Əli Əksbər Salehinin gələn həftə bəzi ölkələrə, o cümlədən Belarus, Tacikistan və Azərbaycana səfər planları barədə məlumat verən XİN müavini Abbas Araqçiyə istinadən yayıb.


DOSTLARINLA PAYLAŞ:

oyunlar