İran Suriyaya nümayişlərin yatırılmasında kömək edir
15 Aprel 2011 Cümə 02:13
Dövlət Departamenti rəsmi Tehranı başqa ölkələrin işlərinə qarışmaqdan çəkinməyə çağırıb
ABŞ-da İranın Suriya hakimiyyətinə etiraz aksiyalarının yatırılmasına yarıdm etməsi barədə məlumatlar var. Bunu jurnalistlərə Dövlət Departamentinin nümayəndəsi Mark Toner deyib. Onun sözlərinə görə, Birləşmiş Ştatların bu barədə məlumatları etibarlıdır. Diplomat İranın Suriyaya məhz hansı formada yardım etdiyini açıqlamayıb. O, rəsmi Tehranı başqa ölkələrin işlərinə qarışmaqdan çəkinməyə çağırıb.
Mark Toner bildirib ki, əgər Suriya hakimiyyəti İrana kömək üçün müraciət edirsə, islahatlar barədə ciddi şəkildə danışa bilməz. Çünki İranın özünün insan hüquqlarının təmin edilməsi ilə bağlı problemləri var.
Qeyd edək ki, ABŞ Suriya hakiimyyətinin dinc nümayişləri yatırmasını pisləyib. Vaşinqton rəsmi Dəməşqi öz xalqının qanuni tələblərinə qulaq asmağa çağırıb.
DOSTLARINLA PAYLAŞ: