İran səfirliyi: "Ermənistan KİV-i yalan yazıb"
23 Fevral 2010 Çərşənbə Axşamı 12:35
İslam Respublikasının ölkəmizdəki səfirliyi İrəvandakı nümayəndələrinin çıxışlarının təhrif olunduğunu bildirib
İranın Azərbaycandakı səfirliyi Ermənistan kütləvi informasiya vasitələrində yayılan məlumatları təkzib edib.

“Rəsmi Tehranın Dağlıq Qarabağ problemi ilə bağlı mövqeyi dəyişməzdir və bu, İslam Respublikası prezidenti, xarici işlər naziri və ölkənin digər rəsmi şəxsləri tərəfindən dəfələrlə səsləndirilib. İran Azərbaycanın ərazi bütövlüyünü tanıyır və bu mövqe sonadək belə qalacaq”, - deyə İranın Azərbaycandakı səfirliyinin mətbuat xidmətindən bildirilib.

Səfirlikdən bildiriblər ki, Ermənistan KİV-i iranlı diplomatların İrəvanda səsləndirdikləri bəyanatları təhrif edib.

Qeyd edək ki, bir müddət öncə İranın Ermənistandakı səfirliyi İran parlamentinin vitse-spikerinin rəyinə qarşı çıxış edib və bununla da Azərbaycanın ərazi bütövlüyünə qarşı çıxıb. Belə ki, İranın Ermənistandakı səfirliyinin ictimaiyyətlə əlaqələr üzrə məsul nümayəndəsi Ardeşir Cavadi İslam Respublikası parlamentinin vitse-spikeri Rza Bahonarın bəyanatını şərh elərkən bildirib ki, xarici siyasi məsələlərdə İranın rəsmi mövqeyini yalnız İran prezidenti, xarici işlər naziri və Xarici İşlər Nazirliyi Aparatı fadə edir.

Xatırladaq ki, İran parlamentinin vitse-spikeri bildirib ki, "İran Azərbaycanın ərazi bütövlüyün dəstəkləyir. İran beynəlxalq səviyyədə həmişə Dağlıq Qarabağın Azərbaycana qatarılması üçün səy göstərib və göstərəcək". ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar