İran səfiri: Minsk Qrupu Qarabağ münaqişəsinin həllini istəmir
07 Dekabr 2009 Bazar Ertəsi 15:35
"17 ildir ki, bu qrup mövcuddur, amma heç bir nəticə yoxdur”
İran Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğalını həmişə pisləyib və indi də pisləyir. Bu barədə bugünki mətbuat konfransında İranın Azərbaycandakı səfiri Məhəmməd Bağır Bəhrami bildirib.
Qarabağ münaqişəsi mövzusunu davam etdirən səfir bildirib ki, “regionun problemlərini region ölkələri özləri həll etməlidirlər”. Başqalarının vasitəçiliyi uğurlu deyil. Sözlərinin təsdiqi kimi o, ATƏT-in Minsk Qrupunun vasitəçilik missiyasının müvəffəqiyyətsizliyini xatırladıb.
"17 ildir ki, bu qrup mövcuddur, amma heç bir nəticə yoxdur”, deyə iranlı diplomat qeyd edib.

Xatırladaq ki, İran Qarabağ nizamlanmasında vasitəçiliyə cəhd etsə, də 1992-ci ildə bu təşəbbüsü uğursuzluqla nəticələnib: Tehranda sülh sazişi imzalandıqdan sonrakı gün erməni qoşunları hücuma keçərək, Dağlıq Qarabağda Azərbaycanın ən iri yaşayış məntəqəsi olan Şuşa şəhərini işğal ediblər.

Sözdə erməni təcavüzünü pisləyən Tehran rejimi, “müsəlman həmrəyliyi” elan etməsinə baxmayaraq, Ermənistanla fəal əməkdaşlıq edir, erməniləri yanacaq və digər strateji materiallarla təmin edir. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar