İran rəsmisi: "Hicab məsələsi Azərbaycanın daxili işidir"
11 Yanvar 2011 Çərşənbə Axşamı 15:05
XİN mətbuat katibi Ramin Mehmanpərəst Azərbaycan əhalisinin bu məsələyə reaksiya verməsinin təbii olduğunu deyib.
Hicab taxıb-taxmamaq Azərbaycan respublikasının daxili məsələsidir. İranın MEHRNEWS agentliyinin məlumatına görə, bunu ölkənin Xarici İşlər Nazirliyinin mətbuat katibi Ramin Mehmanpərəst bu gün keçiridiyi mətbuat konfransında deyib. Bununla yanaşı o, Azərbaycan əhalisinin bu məsələyə reaksiya verməsinin də təbii olduğunu qeyd edib.
Mehmanpərəst İran tərəfinin Azərbaycan hökumətinin bu məsələdən sui-istifadəyə imkan verməyəcəyinə ümid etdiyini bildirib. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: