İran prezidentinin xanımı İçəri Şəhərlə tanış olub
18 Noyabr 2010 Cümə Axşamı 16:10
Əzəm əs-Səadət Fərəhi “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğunda olub
İran prezidenti Mahmud Əhmədinejadın həyat yoldaşı Əzəm əs-Səadət Fərəhi “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğunda olub. “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsindən ANS PRESS-ə verilən məlumata görə, gəzinti zamanı Əzəm əs-Səadət Fərəhiyə “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu və burada aparılan təmir, bərpa və abadlaşdırma işləri barədə geniş məlumat verilib.

Əzəm əs-Səadət Fərəhi İçəri Şəhərlə tanışlığına dünya əhəmiyyətli tarixi abidə olan “Şirvanşahlar Sarayı Kompleksi” ilə başlayıb, Qoşa Qala Qapıları meydanı ilə tanışlıqla davam etdirib. O, Multanı və Buxara Karvansaraları ilə tanış olub. Əzəm əs-Səadət Fərəhiyə Qız Qalası abidəsinin tarixi və memarlıq xüsusiyyətləri barədə dolğun məlumat verilib.

İran prezidentinin xanımı sonda İçəri Şəhərin Fəxri Qonaqlar Kitabına öz ürək sözlərini yazıb.


DOSTLARINLA PAYLAŞ:

oyunlar