İran prezidenti Azərbaycan XİN başçısını qəbul edib
07 Mart 2011 Bazar Ertəsi 23:46
Mahmud Əhmədinejad: "İki ölkə arasındakı münasibətlərin inkişafı üçün geniş potensial var"
Bu gün İran prezidenti Mahmud Əhmədinejad Tehranda Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovu qəbul edib. İran İslam Respublikasının prezident aparatının rəsmi saytının məlumatına görə, görüşdə İran prezidenti iki ölkə arasında münasibətlərin inkişafı üçün geniş potensialın olduğunu vurğulayıb.

İran preziudentinin sözlərinə görə, İran-Azərbaycan münasibətləri iki qardaş ölkənin münasibətləridir. Daimi planlaşdırma və ekspert əməkdaşlığı isə mümkün imkanlardan gəlir əldə etməyə şərait yaradacaq.

Azərbaycanın XİN başçısı isə iki ölkə arasında əməkdaşlığın vacibliyini qeyd edib. E.Məmmədyarovun sözlərinə görə, İran və Azərbaycan iki qonşu dövlət kimi bir-biri ilə əməkdaşlığı möhkəmləndirməlidir.


DOSTLARINLA PAYLAŞ:

oyunlar