İran Dağlılq Qarabağda gərginliyin yaşanmasının əleyhinədir
19 Mart 2012 Bazar Ertəsi 14:08
İslam Respublikası münaqişənin sülh yolu ilə həllinə tərəfdardır.
İran Dağlıq Qarabağdakı siyasi vəziyyətdən narahatdır. ANS PRESS-in Ermənistan mətbuatına istinadən verdiyi məlumata görə, İranın Ermənistandakı səfirliyi ölkəsinin münaqişənin yalnız danışıqlar yolu ilə həllinə tərəfdar olması barədə məlumat yayıb.
“İran siyasətçilərinin münaqişə ilə bağlı tutduqları mövqe məsələnin danışıqlar yolu ilə tənzimlənməsi ilə bağlı olub. Bundan başqa, İran Dağlıq Qarabağla sərhəd xəttinə malikdir ki, burada istənilən gərginliyin yaşanmasının əleyhinədir”, - deyə İran səfiriliyinin məlumatında bildirilir.
DOSTLARINLA PAYLAŞ: