İran Azərbaycandan qaz idxalını artırmaq istəyir
22 Noyabr 2010 Bazar Ertəsi 10:50
Artıq bununla bağlı xüsusi komissiya yaradılıb
Azərbaycandan İrana nəql olunan təbii qazın həcminin sutkada 2.5 milyon kubmetrə qədər artırılması ilə bağlı məsələnin ekspertlər səviyyəsində müzakirəsi davam etdirilir. Bu barədə İranın neft nazirinin müavini Cavad Ovci bildirib.

O qeyd edib ki, artıq Azərbaycandan İrana nəql olunan qazın artırılması ilə bağlı xüsusi komissiya da yaradılıb. Hazırda Azərbaycandan İran ərazisi ilə Naxçıvan Muxtar Respublikasına qazın nəqli ilə bağlı müqavilə var.

Qazın nəqlinin artırılması ilə bağlı C. Ovci bunları bildirib: "Biz əmin olmalıyıq ki, Azərbaycan belə nəql üçün lazımi borukəmərlərinin tikintisini başa çatdırıb və yüksək təzyiqli kompressor stansiyaları qurub".


DOSTLARINLA PAYLAŞ:

oyunlar