İran Azərbaycana qarşı viza rejimini aradan götürdü
11 Noyabr 2009 Çərşənbə 17:50
İran Azərbaycana qarşı viza rejimini aradan götürdü. Bu barədə İran Nazirlər Kabineti qərar çıxarıb.
İran Azərbaycan vətəndaşlarından ölkəyə girişdə viza tələb etməyəcək. Bu barədə İran Xarici İşlər Nazirliyinin tələbi ilə Nazirlər Kabineti qərar çıxarıb. Qərara görə, Azərbaycan (Naxçıvan Muxtar Respublikası daxil olmaqla) vətəndaşlarına qarşı viza tətbiqi təktərəfli olaraq ləğv edilib.
İran prezidentinin birinci köməkçisi Məhəmməd Rza Rəhminin müvafiq qurumlara göstərişindən sonra qərarın tətbiq ediləcəyi bildirilib.
Xatırladaq ki, İranın bir sıra ölkələrlə, o cümlədən Azərbaycanla viza rejimini birtərəfli qaydada ləğv etmək niyyətində olduğu bildirilmişdi. Bu barədə məsələni İranın xarici işlər naziri Manüçöhür Mottaki hökumətin gündəminə gətirmişdi. İranlı nazir Azərbaycanın da eyni addım atacağını gözlədiklərini vurğulayıb. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: