İran Azərbaycana etiraz notası verib
13 Fevral 2012 Bazar Ertəsi 10:33
İslam ölkəsi Azərbaycanı İsrailə yardım etməkdə ittiham edir.
İran Azərbaycana etiraz notası təqdim edib. ANS PRESS-in İRNA-ya istinadən verdiyi məlumata görə, bununla bağlı ötən gün Azərbaycanın Tehrandakı səfiri Cavanşir Axundov İranın Xarici İşlər Nazirliyinə çağırılıb və səfirə İran tərəfinin etiraz notası təqdim olunub.
Məlumata görə, notada Azərbaycan Respublikasının İsrailin kəşfiyyat xidməti olan MOSSAD təşkilatına ölkə ərazisində İranın əleyhinə fəaliyyət göstərməsi, İranın nüvə alimlərini qətlində əli olan terrorçuların bu ölkəyə azad şəkildə gediş-gəlişlərinə şərait yaratdığı və digər məsələlər qeyd olunaraq, rəsmi Bakıdan bu cür addımlara son qoyulması tələb olunub.
Notada həmçinin Azərbaycan mətbuatında İrana qarşı təbliğat aparılması, Azərbaycandakı İran təşkilatlarının nümayəndələrinə problemlər yaradılması da qeyd edilib.
DOSTLARINLA PAYLAŞ: