İqtidarla MDİ arasında razılıq ələ olunub
14 May 2013 Çərşənbə Axşamı 10:20
ABŞ-ın Milli Demokratiya İnstitutu Azərbaycanda fəaliyyətini davam etdirəcək.
Prezident Administrasiyasının şöbə müdiri Əli Həsənov Azərbaycan hakimiyyəti ilə ABŞ-ın Milli Demokratiya İnstitutu (MDİ) arasında anlaşmanın olduğunu təsdiqləyib. O deyib ki, MDİ rəhbərliyi ilə danışıqlarda “bəzi şərtlər” razılaşdırılıb.
Ə.Həsənovun sözlərinə görə, Azərbaycanda QHT-lərin fəaliyyəti ilə bağlı müvafiq qanunvericiliyin tələbləri onların diqqətinə çatdırılıb: “Azərbaycanda QHT-lər haqqında qanunvericiliyin tələblərinə müvafiq olaraq ABŞ-ın adıçəkilən qeyri-hökumət təşkilatı və digər beynəlxalq qurumlar Azərbaycanda fəaliyyət göstərə bilərlər”.

PA rəsmisi qeyd edib ki, Azərbaycanda fəaliyyət göstərmək üçün yerli və beynəlxalq qurumlar ilk növbədə Azərbaycan qanunlarının tələblərinə cavab verməlidir.

ABŞ dövlət katibinin insan haqları və demokratiya məsələləri üzrə köməkçisi Tomas Melia Bakıya səfəri zamanı demişdi ki, MDİ rəhbərliyi institutun Azərbaycanda fəaliyyəti ilə bağlı məsələni hakimiyyətlə müzakirə edib.

Xatırladaq ki, əsgər ölümləri ilə bağlı etiaz aksiyalarından sonra Milli Demokratiya İnstitunun Azərbaycanda Facbook vasitəsdilə inqilab etmək üçün 2 milyon manat vəsait xərcləməsi barədə məlumatlar yayldı. İddia olunurdu ki, bu pullar MDİ-nin Bakı ofisinin rəhbəri, məxməri inqilablar üzrə mütəxəssis Aleks Qriqoryevsin bank hesabından çıxarılıb və paylanıb.

Lakin istər Qriqoryevs özü, istərsə də MDİ rəhbərliyi, ABŞ Dövlət Departamenti və bu ölkənin Bakıdakı səfirliyi ittihamların heç bir əsası olmadığı barədə bəyanatlar verdilər. Daha sonra rəsmi Bakı MDİ ilə bağlı ritorikanı qismən yumşaltdı və onun fəaliyyətini davam etdirməsinə icazə verilə biləcəyini çatdırdı.


DOSTLARINLA PAYLAŞ:

oyunlar