İqor Popov: "Moksvada prezidentlərin üçtərəfli görüşü gözlənilir"
15 Aprel 2011 Cümə 18:17
Rusiyalı həmsədr İqor Popov: “Təxminən iyun-iyul aylarında prezidentlər arasında görüş baş tutacaq”
Azərbaycan, Ermənistan və Rusiya prezidentlərinin iyun-iyul aylarında görüşəcəyi gözlənilir. ANS TV-nin məlumatına görə, bunu bu gün səfərini başa vuraraq Bakını tərk edən rusiyalı həmsədr İqor Popov hava limanında jurnalistlərə açıqlamasında deyib.
İ. Popov həmçinin bildirib ki, aprel ayının sonuna kimi xarici işlər nazirləri səviyyəsində görüşün baş tutacağı gözlənilir.
“Görüşdə Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı yerdə qalan mübahisəli məsələlər müzakirə olunacaq. Bundan sonra isə təxminən iyun-iyul aylarında prezidentlər arasında görüş baş tutacaq. Bu görüşdə də Qarabağ münaqişəsi müzakirə olunacaq”, deyə rusiyalı həmsədr bildirib.
Həmsədrin sözlərinə görə, üçlüyün görüşü Moskvada olacaq.
“Nazirlər isə harada görüşəcəklərini özləri müəyyənləşdirəcəklər. Soçidə də əldə olunan qərara görə, 2+1 formatı əlverişlidir və davam etdirilməlidir”, deyə həmsədr əlavə edib. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: