İqdırdan Naxçıvana qaz kəməri çəkiləcək
17 İyul 2010 Şənbə 22:35
Bununla bağlı Türkiyənin enerji və təbii sərvətlər naziri açıqlama verib.
Bakı-Tiflis-Ceyhan əsas ixrac boru kəməri vasitəsi ilə 500 mln. kubmetr təbii qazın İqdırdan keçməklə Naxçıvana nəql edilməsini nəzərdə tutan razılaşmanı imzalamaq üçün Türkiyənin enerji və təbii sərvətlər naziri Taner Yıldız Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov ilə görüşüb.

Türkiyəli nazir Naxçıvana “Botaş” şirkətinin baş direktoru Fazıl Şenellə birlikdə gəlib. Vasif Talıbov Taner Yıldızla görüşü zamanı Türkiyə-Azərbaycan arasında ikitərəfli münasibətlərin günü-gündən inkişaf etdiyi diqqətə çatdırıb. İki ölkə arasında əlaqələrin siyasi arena ilə yanaşı həmçinin iqtisadi sahədə də genişləndiyini deyib.

Qardaşlıq münasibətlərimizin bütün sahələrdə genişləndiyini vurğulayan türkiyəli nazir bu əlaqələrin iqtisadi sahədə də inkişaf edəcəyini qeyd edib: “Türkiyə ilə Azərbaycan arasında təbii qaz xətti çəkiləcək. Azərbaycan öz təbii qazını Türkiyə vasitəsi ilə Naxçıvana ötürəcək”.

Daha sonra Taner Yıldız rəhbərlik etdiyi nümayəndə heyəti ilə birlikdə Naxçıvan Muxtar Respublikasında ARDNŞ prezidenti Rövnəq Abdullayevlə görüş keçirib. Görüşdən sonra açıqlama verən türkiyəli nazir Azərbaycanla birlikdə təbii qazın nəql edilməsinə dair razılaşma üzərində danışıqlar apardıqları və İqdırdan Naxçıvana təbii qaz boru kəmərinin çəkiləcəyini bildirib. anspress


DOSTLARINLA PAYLAŞ:

oyunlar