İnterpolun axtardığı azərbaycanlılar – SİYAHI
28 Avqust 2010 Şənbə 19:10
Azərbaycan terrorçuluq cinayətində ittiham olunan 30 nəfər barəsində axtarış elan edib.
Azərbaycan terrorçuluq cinayəti ilə bağlı 30 nəfər barəsində İnterpol xətti ilə beynəlxalq axtarış elan edib. Bu barədə İnterpolun rəsmi internet səhifəsində məlumat yerləşdirilib.

Axtarışda olan Azərbaycan vətəndaşları bunlardır: 31 yaşlı Namiq Ağalarov, 36 yaşlı Allahyar Allahyarov, 35 yaşlı Müşfiq Bayramov, 33 yaşlı İmran Qasımov, 36 yaşlı Urfan Ağcabəyov, 31 yaşlı Laçın Babayev, 32 yaşlı Adil Qayıbov, 27 yaşlı Saday Qayıbxanov, 28 yaşlı Anar Quliyev, 31 yaşlı Rəşad İsmayılov, 29 yaşlı Ramin Cəfərov, 27 yaşlı Əsgər Məmmədov, 37 yaşlı Ağa Qocayev, 22 yaşlı Tariyel Həmzəyev, 27 yaşlı Vüqar İsmayılov, 27 yaşlı Əli Məhərrəmov, 29 yaşlı Şahin Məmmədov, 36 yaşlı Azər Misirxanov, 30 yaşlı Aqil Namazov, 24 yaşlı Orxan Nəzərov, 27 yaşlı Tərlan Məmmədov, 36 yaşlı Cabir Mustafayev, 33 yaşlı Eldəniz Nəsirov, 29 yaşlı Ramil Ömərov, 31 yaşlı Əli Pənahi, 25 yaşlı Sahib Sadıqov, 33 yaşlı Azər Yusubov, 42 yaşlı Akif Osmanov, 27 yaşlı Zaur Rzayev, 29 yaşlı Sübhan Səfərovdur.

Qeyd edək ki, İnterpolun rəsmi internet səhifəsində axtarışda olan kimi göstərilən Azərbaycan vətəndaşı Azər Misirxanov 2009-cu ilin sonlarında Əfqanıstanda ABŞ qüvvələri tərəfindən silahlı birləşmələrə qarşı həyata keçirilən xüsusi əməliyyat zamanı öldürülüb. Buna baxmayaraq, onun beynəlxalq axtarışda olması barədə məlumatlar hələ də İnterpolun rəsmi internet səhifəsindən götürülməyib.

Ümumilikdə isə dünyada terrorizm cinayətləri ilə bağlı 338 nəfər barəsində İnterpol xətti ilə beynəlxalq axtarış elan edilib. Onların arasında müxtəlif terrorçu qruplaşmaların üzvləri ilə yanaşı, Acarıstan Muxtar Respublikasının sabiq prezidenti Aslan Abaşidze də var. O, 2006-cı ildən İnterpol xətti ilə axtarılır. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar