İnsan alveri qurbanları kimlərdir?
09 Sentyabr 2009 Çərşənbə 10:25
Bunun üçün Nazirlər Kabineti yeni qayda təsdiq edib
Nazirlər Kabineti “İnsan alveri qurbanlarının müəyyən edilməsi Qaydaları (indikatorları)”nın təsdiq edilib. Bu barədə ANS PRESS-ə Nazirlər Kabinetindən məlumat verilib.

Qəbul edilmiş qaydalar şəxsin qurban olub-olmaması qənaətinə gəlməyə imkan verməklə yanaşı, ona qarşı cəlbetmə, daşınma və ya digər hüquqazidd əməllərin törədilib-törədilməməsini, istifadə edilən təsir vasitələrini və istismar formalarını dəqiqləşdirməyə şərait yaradacaq.

Qaydalara əsasən qurbanların müəyyən edilməsi zamanı onların əlamətlərini xarakterizə edən göstəricilər (indikatorlar) nəzərə alınacaq.
 
ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar