İngiltərə parlamenti qondarma erməni soyqırımını müzakirə edir
18 İyun 2011 Şənbə 06:05
Lord Hayell Qarabağ probleminin həllində inkişaf olduğunu, “soyqırımı” müzakirələrinin lazımsız olduğunu deyir.
İngiltərə parlamenti Lordlar kamerası 1915-ci il qondarma erməni soyqırımı iddialarını müzakirəyə çıxarıb. Hindistan əsilli və hakim partiyanın üzvü, həmçinin Ermənistan dostluq qrupunun sədr müavini Baronessa Şrela Flater hökumətin “soyqırımını” tanımaq üçün hansı tarixi təklif etdiyinə dair parlamentə sorğu verib.
Qildford lordu Hayell bunun sadəcə iki ölkə arasında gərginliyi çoxaltmağa xidmət edəcəyini deyib. Hayel həmçinin Dağlıq Qarabağ probleminin həlli üçün ümid verici addımların atıldığı bir vaxtda belə bir addımı lazımsız hesab edib: “1915-ci ildə yüzminlərlə erməni bəzi silahlı insidentlər, aclıq və xəstəliklər səbəbilə ölüb. Bununla yanaşı hesab edirəm ki, türk və erməni xalqlarının ortaq tarixlərini ələ alaraq məsələyə bu mütəvidən baxmaq, iki millətin münasibətlərini normallaşdırmaq, sülh içində sərhəd qonşuluqlarını davam etdirmək üçün göstərilən səylər daha doğru olacaq. ABŞ, Fransa, İngiltərə kimi ölkələr bu prosesi dəstəkləyir. Digər tərəfdən Dağlıq Qarabağ probleminin həlli istiqamətində Rusiya, ABŞ və Fransanın iştirakıyla başladılan Minisk qrupu müzakirələrinin davam etdiyi və bu səylərin gələcək üçün ümid verdiyi bir vaxtda Baronessa Flaterin təkliflərini qəbul etmək sadəcə gərginliyi çoxaldacaq”.
Lord Hayel iki ölkənin qarşılıqlı dialoq yoluyla addımlar atmasının doğru olacağını, Ermənistanda da bu fikirdə olan bir çox insan olduğunu deyib: “Türkiyə və Ermənistanın qarşılıqlı addımlar atması ən doğru yol olacaq ki, hazırda Türkiyə bu istiqamətdə səyləri davam etdirir. Ermənistanda da keçmişi unutmamaqla yanaşı doğru yolun qarşılıqlı dialoq olacağını qəbul edən bir çox insan var”.
Lord Howell: "Türkiye ve Ermenistan tarafının karşılıklı adımlar atmasının en doğru yöntem olduğunu, Türkiye'nin de bu bilinçle hareket ettiğini, Ermenistan'da da geçmişte yaşananları aklında tutmakla birlikte doğru yöntemin karşılıklı diyalog olduğunu kabul eden pek çok kişi olduğunu söyledi. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: