"İndia Foodex-2010" kənd təsərrüfatı sərgisi keçiriləcək
15 Avqust 2010 Bazar 13:25
Sərgidə Azərbaycanın iş adamları da iştirak edəcək.
Avqustun 20-dən 22-dək Hindistan Kənd Təsərrüfatı Nazirliyi, Ərzaq Sənayesi Nazirliyi və Ərzaq İxracatı Agentliyinin birgə təşkilatçılığı ilə “İndia Foodex-2010” beynəlxalq kənd təsərrüfatı sərgisi keçiriləcək.
Hindistanın Azərbaycandakı səfirliyindən bildiriblər ki, sərgidə kənd təsərrüfatı və heyvandarlıq məhsulları, onların istehsalı, daşınması, qablaşdırılması, bu sahə ilə əlaqəli müxtəlif məhsul və xidmətlərin nümayiş etdirilməsi, həmçinin satışı nəzərdə tutulur.
Sərgidə Azərbaycanın iş adamları da iştirak edəcək. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: