İmran Ceferzadenin ayağı amputasiya olunmayacaq
13 Avqust 2013 Çərşənbə Axşamı 22:31
2 yaşlı körpenin sehhetinde irelileyiş olsa da, hekimler helelik her iki ayaq üçün tehlükeli sayılan infeksiya probleminin qaldığını da deyibler.
Nabrandaki istirahət mərkəzlərindən birində hovuzun nasos sisteminin işə düşməsi nəticəsində sağ ayağını itirmiş 2 yaşlı İmran Cəfərzadədən xəbər var.
Azərbaycanın Almaniyadakı Səfirliyindən ANS-ə verilən məlumata görə, İmranin səhhətində xeyli irəliləyiş var. Onun vəziyyəti normallaşıb. Avqustun 12-si aparılan əməliyyat nəticəsində onun digər ayağının amputasiya edilməyəcəyini səfirliyin müşaviri Rizvan Nəbiyev bildirib: “Əməliyyat zamanı əsas diqqət sağ ayağa yönləndirilmiş və xüsusi millər daxildən yerləşdirilmişdir. Həkimlərin fikrincə, sol ayaq qənaətbəxş vəziyyətdədir. Hər iki ayaqdan irin soran aparatlar yığışdırılmışdır. Növbəti günlərdə böyük cərrahi əməliyyatlar planlaşdırılmayıb. Sarğıların dəyişdirilməsi isə narkoz şəraitində deyil, adi keyləşdiricilərin təsiri ilə keçiriləcəkdir”.
2 yaşlı İmranın səhhətində irəliləyiş olsa da, həkimlər hələlik körpənin hər iki ayağında həyat üçün təhlükəli sayılan infeksiya probleminin müəyyən qədər qaldığını da deyiblər.
DOSTLARINLA PAYLAŞ: