İmran Cəfərzadə yeriməyə çalışır
13 Fevral 2014 Cümə Axşamı 13:46
4 yaşlı İmran Cəfərzadə "Bavaria" reabilitasiya mərkəzində fizioterapiya kursları davam edir, o Azərbaycana geri qayıda bilər.
Nabrandakı istirahət mərkəzindəki hovuzda üzərkən su nasosunun sovurması nəticəsində ayağı qopan 4 yaşlı İmran Cəfərzadənin "Bavaria" reabilitasiya mərkəzində fizioterapiya kursları davam edir.
Bunu ANS PRESS-ə açıqlamsında Azərbaycanın Almaniyadakı səfirliyinin mətbuat ataşesi Vüqar Qafarov deyib. Onun sözlərinə görə, hazırda həkimlər İmranın müxtəlif sınaq protezlərin köməyilə yeriməsinə nail olmağa çalışırlar: “İmranın dizdən aşağı qopmuş ayağının protez vasitəsilə hərəkətliyi təmin olunduqdan sonra onun ayağına fərdi qaydada uyğunlaşdırılmış protez qoyulacaq. Bundan sonra İmranın müalicəsinə rəhbərlik edən "Charite" klinikası məqsədəuyğun hesab edərsə, İmran Azərbaycana geri qayıda bilər. Geri qayıtmaq üçün konkret vaxt hələ ki, söylənilməyib”.
O, İmranın fiziki və psixoloji durumu normal olduğunu da söyləyib.
Qeyd edək ki iyulun 21-də Xaçmaz rayonunda yerləşən “Nabran Holiday Village” akvaparkının hovuzunda çimərkən 3 yaşlı İmran Cəfərzadə işə düşən və üzəri açıq olan su nasosuna sovrulub. Nəticədə körpənin bir ayağı qopub, digərində isə ciddi zədələr meydana gəlib. Hazırda İmran Cəfərzadənin müalicəsi prezidentinin xüsusi göstərişi ilə Almaniyada davam etdirir.
DOSTLARINLA PAYLAŞ: