İmran Cəfərov idmançı olacaq
21 İyul 2014 Bazar Ertəsi 16:20
Ayağını itirən 4 yaşlı İmran Cəfərov Uşaq Paralimpiyasına qoşulub.
Ötən il Nabranda istirahət mərkəzində ayağını itirən 4 yaşlı İmran Cəfərov Uşaq Paralimpiyasına qoşulub. Bu barədə ANS PRESS-ə Azərbaycan Milli Paralimpiya Komitəsinin İnkişaf, İnformasiya və tədris şöbəsinin müdiri, Uşaq Paralimpiya Komitəsinin icraçı direktoru Kamal Məmmədov məlumat verib.

O, qeyd edib ki, Nabranda ayağından zədə almış İmran Cəfərov valideyinləri ilə birlikdə Milli Paralimpiya Komitəsinə dəvət olunub və İmranın Uşaq paralimpiya Komitəsində yaradılmış üzgüçülük idman növünə cəlb olunması təklif olunub.

"İdman növü haqqında ətraflı məlumat verilərək izah edilib ki, İmranın bu idman növünə cəlb edilməsi onun reabilitasiya keçməsi ilə bərabər cəmiyyətə inteqrasiya olunamsına şərait yaradacaq. Görüş zamanı onlar üzgüçülük idman növü üzrə məşqçi ilə tanış edilmiş və qərara alınıb ki, növbəti həftədən İmran məşqlərə başlasın. Məşqlər ilk dövrlərdə komitənin psixoloqu və valideyinlərin iştirakı ilə keçiriləcək".

Qeyd edək ki, 2013-cü ilin iyul ayında Nabrandakı istirahət mərkəzlərinin birində ayaqlarından zədə almış 3 yaşlı İmran Cəfərov president İlham Əliyevin tapşırığı ilə dövlət hesabına Almaniyada müalicə alıb.


DOSTLARINLA PAYLAŞ:

oyunlar