İlham Əliyevlə Emoməli Rəhmonun təkbətək görüşü olub
12 İyul 2012 Cümə Axşamı 10:47
Görüşdə iki ölkə arasında münasibətlərin inkişafından məmnunluq bildirilib.
Bu gün rəsmi qarşılanma mərasimindən sonra Azərbaycan prezidenti İlham Əliyevin və Tacikistan prezidenti Emoməli Rəhmonun təkbətək görüşü olub.
Görüşdə iki ölkə arasında ikitərəfli münasibətlərin müxtəlif sahələrdə inkişafından məmnunluq bildirilib. Dövlətlərimiz arasında əlaqələrin daha da genişləndirilməsi üçün yaxşı potensialın olduğu qeyd edilib.
Tacikistan prezidentinin Azərbaycana rəsmi səfərinin ölkələrimiz arasında əməkdaşlığın daha da möhkəmləndirilməsi baxımından önəmi vurğulanıb. Görüşdə ikitərəfli, regional və beynəlxalq məsələlər barədə fikir mübadiləsi aparılıb.
DOSTLARINLA PAYLAŞ: