İlham Əliyev Laosun dövlət başçısını təbrik edib
02 Dekabr 2010 Cümə Axşamı 00:45
“Ümidvaram ki Azərbaycan-Laos münasibətləri bundan sonra da dostluq və əməkdaşlıq məcrasında inkişaf edəcək”
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Laos Xalq Demokratik Respublikasının Milli bayramı münasibətilə Prezident Çoummali Sayasoneyə təbrik məktubu göndərib. Məktubun mətnini AzərTAc dövlət agentliyi yayıb. Məktubda deyilir: “Milli bayramınız - Laos Xalq Demokratik Respublikasının elan edilməsi günü münasibətilə Sizə və xalqınıza təbriklərimizi yetirirəm. Ümidvaram ki, Azərbaycan-Laos münasibətləri xalqlarımızın mənafelərinə uyğun olaraq bundan sonra da dostluq və əməkdaşlıq məcrasında inkişaf edəcək. Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Laos xalqına əmin-amanlıq və firavanlıq arzulayıram”.


DOSTLARINLA PAYLAŞ:

oyunlar