İlham Əliyevin Dubay Əmirinə təbrik məktubu
02 Dekabr 2010 Cümə Axşamı 00:30
“Əminəm ki, ölkələrimizi birləşdirən dostluq və əməkdaşlıq əlaqələrinin inkişafı daim xalqlarımızın mənafelərinə xidmət edəcək”
Prezident İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin vitse-prezidenti, Baş naziri, Dubay Əmiri Şeyx Məhəmməd bin Rəşid Al Məktuma milli bayram münasibətilə təbrik məktubu göndərmişdir. Mətninin “AzərTAc” tərəfindən yayılan məktubda deyilir: “Ölkənizin milli bayramı - Birləşmiş Ərəb Əmirlikləri dövlətinin yaranması günü münasibətilə Sizə ən səmimi təbriklərimi yetirirəm. Əminəm ki, ölkələrimizi birləşdirən dostluq və əməkdaşlıq əlaqələrinin inkişafı daim xalqlarımızın mənafelərinə xidmət edəcək. Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, qardaş xalqınıza sülh və rifah arzulayıram”.
DOSTLARINLA PAYLAŞ: