İlham Əliyev Yunanıstanın və Niderlandın baş nazirləri ilə görüşüb
01 Dekabr 2010 Çərşənbə 10:50
Prezident Qarabağ münaqişəsinin həlli ilə bağlı Azərbaycanın mövqeyindən danışıb
Bu gün Qazaxıstanın paytaxtı Astanada səfərdə olan Azərbaycan prezidenti İlham Əliyevin Yunanıstanın baş naziri George Papandreu ilə görüşüb. Azərbaycan ilə Yunanıstan arasında əlaqələrin inkişafı ilə bağlı fikir mübadiləsinin aparıldığı görüşdə ölkələrimizin müxtəlif sahələrdə, xüsusilə enerji sahəsində əməkdaşlığı üçün yaxşı perspektivlərin olduğu qeyd edilib.
Görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizama salınması məsələsinə toxunulub. Prezident İlham Əliyev münaqişənin həlli ilə bağlı Azərbaycanın mövqeyindən danışıb.
Bu gün Azərbaycan prezidenti həmçinin Niderlandın baş naziri Mark Rutten ilə görüşüb. Görüşdə Azərbaycan ilə Niderland arasında müxtəlif sahələrdə əməkdaşlıq imkanları müzakirə edilib, bu istiqamətdə müəyyən addımların atılmasına ehtiyac olduğu vurğulanıb. Bildirilib ki, səfirliklərin açılması ölkələrimiz arasında əməkdaşlığa töhfə verir.
Görüşdə Azərbaycan ilə Niderland arasında əməkdaşlığın Azərbaycan-Avropa İttifaqı əlaqələri baxımından əhəmiyyəti vurğulanıb.
DOSTLARINLA PAYLAŞ: