İlham Əliyev Yaponiya İmperatorunu təbrik edib
22 Dekabr 2011 Cümə Axşamı 22:00
Prezident Yaponiya İmperatoru Akihitoya təbrik məktubu ünvanlayıb.
Azərbaycan prezidenti İlham Əliyev Yaponiya İmperatoru Akihitoya təbrik məktubu ünvanlayıb. ANS PRESS-in prezidentin rəsmi saytına istinadən verdiyi məlumata görə, təbrik məktubunda deyilir:
"Yaponiyanın milli bayramı - Təvəllüd gününüz münasibətilə Sizə və Sizin simanızda bütün xalqınıza şəxsən öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimizi və xoş arzularımızı yetirirəm.
Azərbaycan-Yaponiya münasibətlərinin hazırkı yüksək səviyyəsi böyük məmnunluq doğurur. Xalqlarımızı bir-birinə yaxınlaşdıran möhkəm dostluq əlaqələri siyasi, iqtisadi və humanitar zəmində səmərəli əməkdaşlığımız ilə öz məzmununu zənginləşdirir.
Əminəm ki, dövlətlərarası münasibətlərimizin möhkəmləndirilməsi, qarşılıqlı maraq kəsb edən əməkdaşlığımızın müvəffəqiyyətlə davam etdirilməsi yolunda atdığımız addımlar bundan sonra da xalqlarımızın rifahına xidmət edəcəkdir".
İlham Əliyev Akihitoya möhkəm cansağlığı, səadət, işlərində uğurlar, dost Yaponiya xalqına əmin-amanlıq və firavanlıq diləyib.
DOSTLARINLA PAYLAŞ: