İlham Əliyev Venesuela xalqına başsağlığı verdi
07 Mart 2013 Cümə Axşamı 08:16
Azərbaycan prezidenti Uqo Çavesin vəfatı xəbərindən kədərləndiyini bildirib.
Azərbaycan prezidenti İlham Əliyev Venesuela Bolivar Respublikasının vitse-prezidenti Nikolas Maduro Morosa başsağlığı verib. ANS PRESS-in prezidentin rəsmi saytına istinadən verdiyi məlumata görə, başsağlığı məktubunda deyilir:
"Venesuela Bolivar Respublikasının Prezidenti, görkəmli dövlət xadimi Uqo Rafael Çaves Friasın vəfatı xəbərindən son dərəcə kədərləndim. Uqo Rafael Çaves Frias həm ölkəsinin inkişafı və xalqının rifahının yüksəlməsi, həm də Latın Amerikası dövlətlərinin həmrəyliyi istiqamətində mühüm işlər görmüşdür. İnanıram ki, onun əziz xatirəsi Venesuela xalqının yaddaşında əbədi qalacaqdır. Bu ağır itki ilə əlaqədar Sizə, mərhumun ailəsinə və bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verirəm".
DOSTLARINLA PAYLAŞ: