İlham Əliyev və Serj Sarkisyan oktyabrın 27-də görüşəcək
22 Oktyabr 2010 Cümə 17:05
İlham Əliyev və Serj Sarkisyan oktyabrın 27-də görüşəcək. Görüş Rusiya prezidentinin iştirakı ilə Həştərxanda baş tutacaq.
Azərbaycan və Ermənistan prezidentləri İlham Əliyev və Serj Sarkisyan Rusiya prezidenti Dmitri Medvedevin dəvəti ilə oktyabrın 27-də Rusiyanın Həştərxan şəhərinə səfər edəcəklər. ANS PRESS-in “Komsomolskaya Pravda”ya istinadən verdiyi xəbərə görə, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.

Burada keçiriləcək üçtərəfli görüş zamanı Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı məsələlərin müzakirəsi planlaşdırılır. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar