İlham Əliyev və A.Gül Qarabağ münaqişəsini müzakirə ediblər
01 Dekabr 2010 Çərşənbə 10:25
Görüşdə ölkələrimiz arasında dostluq və qardaşlıq münasibətlərinin müxtəlif sahələrdə uğurlu inkişafından məmnunluq ifadə edilib
Bu gün Qazaxıstanın paytaxtı Astanada səfərdə olan Azərbaycan prezidenti İlham Əliyev Türkiyə prezidenti Abdullah Güllə görüşüb. Görüşdə ölkələrimiz arasında dostluq və qardaşlıq münasibətlərinin müxtəlif sahələrdə uğurlu inkişafından məmnunluq ifadə edilib və əlaqələrimizin bundan sonra da möhkəmlənəcəyinə əminlik bildirilib.

Türkiyə prezidenti dövlət başçısını parlament seçkisinin uğurla başa çatması münasibətilə təbrik edib.
Dövlət başçıları Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizama salınması ilə bağlı məsələlər ətrafında geniş fikir mübadiləsi apardılar.


DOSTLARINLA PAYLAŞ:

oyunlar