İlham Əliyev Ukrayna baş nazirinin birinci müavinini qəbul edib
21 Aprel 2011 Cümə Axşamı 17:26
Görüşdə iki ölkə arasındakı münasibətlərin bundan sonra da genişlənəcəyinə əminlik ifadə olunub.
Azərbaycan prezidenti İlham Əliyev Ukrayna baş nazirinin birinci müavini, iqtisadi inkişaf və ticarət naziri Andrey Klyuyevi qəbul edib. Görüşdə Azərbaycan ilə Ukrayna arasında əlaqələrin müxtəlif istiqamətlərdə, o cümlədən iqtisadi sahədə uğurla inkişaf etdiyi bildirilib. İqtisadi əlaqələrin genişlənməsində hökumətlərarası birgə komissiyanın rolu qeyd olunaraq bu baxımdan komissiyanın Bakıda keçirilən 9-cu iclasının önəmi vurğulanıb.

Görüşdə Azərbaycan ilə Ukrayna arasında ikitərəfli münasibətlərin bundan sonra da genişlənəcəyinə əminlik ifadə olunub. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar