İlham Əliyev Türkiyənin Diyanət İşləri başqanını qəbul edib
14 Oktyabr 2011 Cümə 17:08
Görüşdə dövlət başçısı Azərbaycan-Türkiyə dostluq münasibətlərinin bütün sahələrdə uğurla inkişaf etdiyini vurğulayıb.
Azərbaycan prezidenti İlham Əliyev Türkiyənin Diyanət İşləri başqanı Mehmet Görmezin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Dövlət başçısı Azərbaycan ilə Türkiyə arasında dostluq münasibətlərinin bütün sahələrdə uğurla inkişaf etdiyini vurğulayıb. Dini-mənəvi dəyərlərlə bağlı ölkəmizdə bir sıra beynəlxalq tədbirlərin, o cümlədən ötən il Dünya Dini Liderlərinin Bakı Sammitinin yüksək səviyyədə keçirildiyini qeyd edən prezident əməkdaşlığın genişlənməsində bu cür tədbirlərin önəmini vurğulayıb.

Prezident İlham Əliyev Türkiyə Respublikasının Diyanət İşləri başqanı Mehmet Görmezin Azərbaycana səfərinin bu sahədə əlaqələrimizin daha da möhkəmləndirilməsi işinə xidmət edəcəyini deyib.

Türkiyə Diyanət İşləri başqanı Mehmet Görmez isə prezident Abdulla Gül və baş nazir Rəcəb Tayyib Ərdoğanın salamlarını dövlət başçısına çatdırıb. Sonuncu dəfə 5 il əvvəl Bakıya səfər etdiyini deyən qonaq ötən dövr ərzində ölkəmizdə çox yüksək inkişafın şahidi olduğunu qeyd edib.

Dövlət başçısı Türkiyə prezidenti Abdulla Gül və baş nazir Rəcəb Tayyib Ərdoğanın salamlarına görə minnətdarlığını bildirib, onun da salamlarını onlara çatdırmağı xahiş edib. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar