İlham Əliyev Stratforun direktorunu qəbul edib
16 Aprel 2011 Şənbə 17:46
Prezident İlham Əliyev Özəl Elmi Korporasiyasının yaradıcısı, icraçı direktoru və baş analitiki George Fridmanla görüşüb.
Azərbaycan prezidenti İlham Əliyev Stratfor Özəl Elmi Korporasiyasının yaradıcısı, icraçı direktoru və baş analitiki George Fridmanı qəbul edib. Dövlət başçısı George Fridmanın ölkəmizə yenidən səfər etməsindən məmnunluğunu bildirdi.
G. Fridman özünün qlobal dünya siyasətində dəyişikliklərlə bağlı Azərbaycanın regionda aparıcı rolu barədə geniş fikirlərin əks olunduğu “Növbəti onillik” sərlövhəli kitabını dövlət başçısına təqdim etdi. G. Fridman Azərbaycana səfəri çərçivəsində Naxçıvana gedəcəyini, muxtar respublikada reallaşan sosial-iqtisadi layihələrlə tanış olacağını bildirdi.
Naxçıvanın Azərbaycanın ən qədim tarixi bölgələrindən biri olduğunu deyən Prezident İlham Əliyev bütün bu ərazilərin hamısında tarixən azərbaycanlıların məskunlaşdığını, sonradan Zəngəzur mahalının Ermənistana verildiyini və Naxçıvanın Azərbaycandan ayrı düşdüyünü dedi.
İlham Əliyev muxtar respublikaya böyük həcmdə sərmayə yatırıldığını, mühüm sosial və infrastruktur layihələrinin həyata keçirildiyini qeyd etdi. Dövlət başçısı qonağın tarixi abidələrlə zəngin Naxçıvana səfərinin maraqlı keçəcəyinə ümidvar olduğunu bildirdi.
Görüşdə Azərbaycan ilə ABŞ arasında ikitərəfli münasibətlər, regional məsələlər, geosiyasi vəziyyət, enerji sahəsində əməkdaşlıq və digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: