İlham Əliyev Seynt-Vinsent və Qrenadinin baş nazirini qəbul edib
29 Dekabr 2011 Cümə Axşamı 17:58
Ralf Qonzalves ölkəsinin Azərbaycanla təhsil, turizm, sərmayə qoyuluşu və digər sahələrdəki əlaqələri inkişaf etdirməkdə maraqlı olduğunu bildirib.
Azərbaycan Respublikasının prezidenti İlham Əliyev Seynt-Vinsent və Qrenadinin baş naziri Ralf Qonzalvesi qəbul edib. Baş nazir Ralf Qonzalves prezident İlham Əliyevə anadan olmasının 50 illiyi və ölkəmizin BMT Təhlükəsizlik Şurasına üzv seçilməsi münasibətilə təbriklərini çatdırıb.

Bakıda gedən sürətli inkişaf prosesinin şahidi olduğunu deyən qonaq ölkəsinin Azərbaycan ilə əlaqələri təhsil, turizm, sərmayə qoyuluşu, infrastruktur və digər sahələrdə inkişaf etdirməkdə maraqlı olduğunu bildirib.

Dövlət başçısı Seynt-Vinsent və Qrenadinin Baş naziri Ralf Qonzalvesin Azərbaycana səfərinin ölkələrimiz arasında ikitərəfli münasibətlərin inkişaf etdirilməsi işinə xidmət edəcəyinə ümidvar olduğunu vurğulayıb.


DOSTLARINLA PAYLAŞ:

oyunlar