İlham Əliyev Sədərəkdə “N” saylı hərbi hissədə olub
05 Oktyabr 2010 Çərşənbə Axşamı 17:15
Prezident İlham Əliyev müşahidə məntəqəsindən təmas xəttini seyr edib.
Naxçıvan Muxtar Respublikasında səfərdə olan Azərbaycan prezidenti İlham Əliyev Sədərəkdəki “N” saylı hərbi hissəyə baş çəkib. Naxçıvan qarnizonunun rəisi, general-leytenant Kərəm Mustafayev prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevə raport verib.

Dövlət başçısı ön xətdə yerləşən hərbi hissənin tabor mərkəzi ilə tanış olub. Məlumat verilib ki, 2008-ci ildə inşa olunmuş binada zabit, gizir və əsgər heyətinin xidmət aparması üçün hər cür şərait var. Binadakı əsgər yataqxanasında səliqə-sahman göz oxşayır. Heydərabad qəsəbəsində hərbi hissənin zabitləri üçün evlər tikilib.

Prezident müşahidə məntəqəsindən təmas xəttini seyr edib. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar