İlham Əliyev Rusiya prezidentinə başsağlığı verib
05 Dekabr 2009 Şənbə 18:45
İlham Əliyev Rusiya prezidentinə başsağlığı verib. Permdəki çoxsaylı insan tələfatı prezidenti dərindən kədərləndirib.
Azərbaycan prezidenti İlham Əliyev Rusiyanın dövlət başçısı Dmitri Medvedevə başsağlığı məktubu göndərib.

"Permdə yanğın nəticəsində çoxsaylı insan tələfatı haqqında xəbər məni dərindən kədərləndirdi.
Azərbaycan xalqı və şəxsən öz adımdan sizə, həlak olanların doğmalarına və yaxınlarına, bütün Rusiya xalqına dərin hüznlə başsağlığı verirəm. Yaralıların tezliklə sağalmasını arzu edirəm", - deyə prezidentin məktubunda bildirilir. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar