Dövlət başçısı qəsəbə sakinlərilə səmimi söhbət edib.
Ötən gün prezident İlham Əliyev Qusara səfəri çərçivəsində yolüstü Qubanın Qırmızı qəsəbəsində yəhudi icmasının nümayəndələrilə görüşüb. Qəsəbə sakinləri dövlət başçısını səmimiyyətlə qarşılaydıblar.
“Mən hər dəfə buradan keçəndə sizinlə görüşürəm. Bu dəfə də ənənəni pozmadım. Qəsəbəniz gözəlləşir. Bu gün Qusarda yeni xəstəxananın açılışında iştirak etdik. İndi sizin qəsəbənin hər iki tərəfində xəstəxana var. Həm Qubada, həm də Qusarda. Buradan Qusara 10-15 dəqiqəlik yoldur. Yeni xəstəxana həm də sizə xidmət göstərəcək. Orada bütün müasir diaqnostika avadanlığı var. İndi su layihəsi icra edilir, Qusarda da, burada da. Kanalizasiya xətləri də çəkiləcək. Keçən dəfə körpü məsələsi qaldırılmışdı. Göstəriş vermişəm, körpünün tikintisi məsələsi bu ilin investisiya proqramında var. İndi Nəqliyyat Nazirliyində onun layihəsi hazırlanır. Bu il tikintisinə başlayacaqlar”, - deyə prezident İlham Əliyev qəsəbə sakinləri ilə gürüşərkən bildirib.
Qeyd edək ki, sonda xatirə şəkili çəkdirilib.