İlham Əliyev: "Qarabağ münaqişəsinin həlli yolu artıq müəyyən olunub"
18 Yanvar 2010 Bazar Ertəsi 20:25
Azərbaycan prezidentinin sözlərinə görə, problemin nizamlanmasında ərazi bütövlüyü prinsipi prioritet seçilib
"Dağlıq Qarabağ münaqişəsinin həlli yolu artıq müəyyən olunub - ərazi bütövlüyü prinsipi prioritet seçilib. Bu formul münaqişənin həlli üçün həlledici ola bilər". Belə bir bəyanatla prezident İlham Əliyev Nazirlər Kabinetində 2009-cu ildə ölkənin sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclasda çıxış edib.

Dövlət başçısı bəyan edib ki, qaçqınlar və məcburi köçkünlər Dağlıq Qarabağa qayıtmalı, təhlükəsizlik tədbirləri görülməli və gələcəkdə Dağlıq Qarabağın Azərbaycan və erməni icması yüksək muxtariyyət şəraitində Azərbaycan dövləti tərkibində yaşamalıdır. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar