İlham Əliyev Portuqaliya prezidentinə məktub göndərib
28 Yanvar 2011 Cümə 20:30
Dövlət başçısı İlham Əliyev Anibal Kavaku Silvanı yenidən prezident seçilməsi münasibəti ilə təbrik edib.
Prezidetn İlham Əliyev Portuqaliya prezidenti Anibal Kavaku Silvaya məktub ünvanlayıb. Prezidentin mətbuat xidmətinin verdiyi məlumata görə, ölkə başçısı portuqaliyalı həmkarını vəzifəsinə yenidən seçilməsi münasibəti ilə təbrik edib.

"Hörmətli cənab prezident, Portuqaliya Respublikasının prezidenti vəzifəsinə yenidən seçilməyiniz münasibətilə sizi təbrik edirəm. Əminəm ki, Azərbaycan ilə Portuqaliya arasındakı dostluq münasibətləri, ikitərəfli və çoxtərəfli qaydada əməkdaşlığımız xalqlarımızın mənafelərinə uyğun olaraq bundan sonra da inkişaf edəcək və genişlənəcək. Sizə möhkəm cansağlığı, xoşbəxtlik, dost Portuqaliya xalqının rifahı naminə fəaliyyətinizdə uğurlar diləyirəm",- deyə prezidentin təbrik məktubunda qeyd edilib. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar