İlham Əliyev pakistanlı həmkarına başsağlığı verib
02 Avqust 2010 Bazar Ertəsi 21:00
Prezident çoxsaylı insan tələfatı xəbərindən olduqca kədərlənib.
Dövlət başçısı İlham Əliyev çoxsaylı insan tələfatı ilə bağlı Pakistan prezidenti Asif Əli Zərdariyə başsağlığı verib. Bununla bağlı dövlət başçısı İlham Əliyev Paksitan xalqı və həmkarına başsağlığı məktubu ünvanlayıb.

“Hörmətli cənab prezident, ölkənizdə baş vermiş güclü daşqınlar nəticəsində çoxsaylı insan tələfatı barədə xəbər məni olduqca kədərləndirdi. Bu faciə ilə əlaqədar sizə, həlak olanların ailələrinə və yaxın adamlarına, bütün Pakistan xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, təbii fəlakətin nəticələrinin tezliklə aradan qaldırılmasını arzulayıram. Allah rəhmət eləsin!”,- deyə prezidentin məktubunda qeyd edilib. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar