İlham Əliyev OMV şirkəti idarə heyətinin sədrini qəbul edib
07 Sentyabr 2011 Çərşənbə 17:45
Prezident Gerhard Roissi ilə "Nabukko” layihəsi ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparıb.
Azərbaycan prezidenti İlham Əliyev bu gün Avstriyanın OMV şirkəti idarə heyətinin sədri Gerhard Roissin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. OMV şirkəti idarə heyətinin sədri Gerhard Roiss Avstriya prezidenti Haynts Fişerin və Avropa İttifaqının enerji məsələləri üzrə komissarı Gunter Ottingerin salamlarını dövlətimizin başçısına çatdırıb.
Görüşdə Avstriyanın OMV şirkəti ilə Azərbaycan Dövlət Neft Şirkəti arasında uğurlu əməkdaşlığın həyata keçirildiyi qeyd olunub, “Nabukko” layihəsi ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparıldı, əməkdaşlığın bundan sonra da davam etdiriləcəyinə əminlik ifadə edilib.
Dövlət başçısı Avstriya prezidenti Haynts Fişerin və Avropa İttifaqının enerji məsələləri üzrə komissarı Gunter Ottingerin salamlarına görə minnətdarlığını bildirib, onun da salamlarını Avstriyanın dövlət başçısına və Avropa İttifaqının komissarı Gunter Ottingerə çatdırmağı xahiş edib. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: