İlham Əliyev Olland ile görüşdü
27 Oktyabr 2014 Bazar Ertəsi 16:05
İlham Əliyev Olland ile görüşdü. Görüşdə Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı fikir mübadiləsi aparılıb.
Fransa paytaxtında səfərdə olan Azərbaycan Prezidenti İlham Əliyevin Yelisey sarayında bu ölkənin prezidenti Fransua Ollandla görüşü başa çatıb.

ANS PRESS-in məlumatına görə, Bakı vaxtı ilə saat 14.00-da baş tutan görüşdə dövlət başçıları ölkələr arasında ikitərəfli münasibətlərin inkişafı və Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı fikir mübadiləsi aparıblar.

Hazırda F.Oland Ermənistan prezidenti Serj Sarkisyanla ikitərəfli görüş keçirir.

Bakı vaxtı ilə saat 21.00-da prezident F.Ollandın Azərbaycan və Ermənistan prezidentləri ilə üçtərəfli formatda münaqişənin nizamlanması ilə bağlı danışıqları başlayacaq. Saat 23.00-da isə Fransa dövlət başçısının adından rəsmi şam yeməyi verəcək.




DOSTLARINLA PAYLAŞ:

oyunlar