İlham Əliyev Novruz bayramı şənliyində iştirak edib
21 Mart 2009 Şənbə 17:21
BÜGUN NOVRUZ BAYRAMIDIR
Tədbirdə çıxış edən Azərbaycan prezidenti xalqı Novruz bayramı münasibətilə təbrik edib
Bu gün Bakıda Qoşa Qala qapısı yaxınlığında Novruz bayramı münasibətilə tədbir keçirilib. Tədbirdə Azərbaycan prezidenti İlham Əliyev də iştirak edib. Tədbirdə çıxış edən Azərbaycan prezidenti xalqı Novruz bayramı münasibətilə təbrik edib. Azərbaycan prezidenti iqtisadi inkişafdan danışıb, ölkənin son 5 ildə iqtisadi baxımından lider olduğunu vurğulayıb. Prezident qarşıdakı illərdə də bu liderliyin saxlanacağına əminliyini ifadə edib. Regionların Sosial-İqtisadi İnkişafı üzrə Dövlət Proqramının vaxtından əvvəl uğurla icra olunduğunu deyən İlham Əliyev növbəti proqramın yaxın vaxtlarda qəbul olunacağını bildirib. Ölkədə yoxsulluğun səviyyəsinin 49 faizdən 13 faizə endiyini söyləyən prezident dünyadakı maliyyə böhranının hər bir ölkəyə təsir etdiyini, lakin Azərbaycanda manatın sabitliyini qoruyub saxladığını vurğulayıb. Ölkə başçısı qeyd edib ki, Azərbaycanda həyata keçirilən böyük investisiya layihələri və sosial proqramların icrası dayandırılmayacaq. Azərbaycan-Ermənistan, Dağlıq Qarabağ münaqişəsindən danışan ölkə başçısı problemin ədalətli və beynəlxalq hüquq normaları çərçivəsində həlli üçün bütün imkanlardan istifadə olunduğunu bildirib. Eyni zamanda Azərbaycanın iqtisad-hərbi imkanlarını da artırdığını deyən dövlət başçısı ötən il keçirilmiş hərbi paradın ölkənin hərbi qüdrətini göstərdiyini vurğulayıb.Bu həftə Azərbaycanda Konstitusiyaya əlavə və dəyişikliklərlə bağlı keçirilmiş Referendum aktının xalq tərəfindən dəstəkləndiyini vurğulayan İlham Əliyev bunun demokratiyanın göstəricisi olduğunu, xalqın öz iradəsini ortaya qoyduğunu, bu həmrəyliyin ona güc verdiyini də bildirib.
 


DOSTLARINLA PAYLAŞ:

oyunlar