İlham Əliyev NATO-nun baş katibinin müavini qəbul edib.
08 İyul 2011 Cümə 19:02
Görüşdə terrorizmə qarşı mübarizə, enerji və kibertəhlükəsizlik sahələrində əməkdaşlığın daha da genişləndirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev NATO-nun baş katibinin müavini Qabar İklodini qəbul edib.
Görüşdə Azərbaycan ilə NATO arasında əlaqələrin uğurla inkişaf etdiyi vurğulanıb, ölkəmizdə həyata keçirilən birgə layihələrin önəmi qeyd olunaraq Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliklə NATO-nun Təchizat və Təminat Agentliyinin birgə həyata keçirdiyi partlamamış mərmilərin təmizlənməsi layihəsinin başa çatmasından məmnunluq ifadə olunub.
Görüşdə, həmçinin terrorizmə qarşı mübarizə, enerji və kibertəhlükəsizlik sahələrində əməkdaşlığın daha da genişləndirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: