İlham Əliyev Monqolustan prezidentinə məktub ünvanlayıb
09 İyul 2011 Şənbə 19:43
Dövlət başçısı bütün Monqolustan xalqı və prezidentini Xalq inqilabı günü münasibətilə təbrik edib.
Dövlət başçısı İlham Əliyev bütün Monqolustan xalqı və prezident Saxiaqiyn Elbeqdorjanı təbrik edib. Bu məqsədlə prezident monqolustanlı həmkarına təbrik məktubu ünvanlayıb.

"Hörmətli cənab prezident,

Monqolustanın milli bayramı – Xalq inqilabı günü münasibətilə sizə və bütün xalqınıza ən səmimi təbriklərimizi yetirirəm.

Əminəm ki, Azərbaycan-Monqolustan dostluğu və əməkdaşlığının möhkəmlənməsi və inkişafı bundan sonra da xalqlarımızın rifahına xidmət edəcək.

Belə bir xoş gündə sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Monqolustan xalqına sülh və tərəqqi arzulayıram.

Hörmətlə,",-deyə prezident İlham Əliyevin təbrik məktubunda qeyd edilib. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar