İlham Əliyev Monqolustan prezidentinə məktub ünvanlayıb
10 İyul 2010 Şənbə 23:25
Dövlət başçısı İlham Əliyev həmkarını Xalq inqilabı günü münasibəti ilə təbrik edib.
Prezident İlham Əliyev bütün Monqolustan xalqı və dövlət başçısı Saxiaqiyn Elbeqdorju Xalq inqilabı günü münasibəti ilə təbrik edib. Bu məqsədlə dövlət başçısı İlham Əliyev monqolustanlı həmkarına təbrik məktubu ünvanlayıb.
“Hörmətli cənab prezident, ölkənizin milli bayramı – Xalq inqilabı günü münasibətilə sizi və bütün xalqınızı Azərbaycan xalqı adından və şəxsən öz adımdan ürəkdən təbrik edirəm.

Ümidvaram ki, Azərbaycan ilə Monqolustan arasındakı dostluq və əməkdaşlıq münasibətləri xalqlarımızın mənafeləri naminə daim inkişaf edəcək və genişlənəcək.

Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Monqolustan xalqına əmin-amanlıq və firavanlıq arzulayıram”,- deyə prezidentin təbrik məktubunda qeyd edilib. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar