İlham Əliyev Mixail Saakaşviliyə məktub ünvanlayıb
25 May 2011 Çərşənbə 20:03
Azərbaycan prezidenti gürcüstanlı həmkarını ölkəsinin milli bayramı münasibəti ilə təbrik edib.
Azərbaycan prezidenti İlham Əliyev Gürcüstanın dövlət müstəqilliyinin bərpası günü münasibətilə bu ölkənin prezidenti Mixail Saakaşviliyə təbrik məktubu göndərib. “Hörmətli cənab prezident, əziz dostum, ölkənizin milli bayramı – Dövlət müstəqilliyinin bərpası günü münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm. Azərbaycan ilə Gürcüstanı dərin tarixi kökləri olan möhkəm dostluq və mehriban qonşuluq ənənələri birləşdirir. Bu gün həmin ənənələr yeni məzmunla zənginləşərək xalqlarımızın iradəsini bariz şəkildə əks etdirməkdədir. Əminəm ki, dost ölkələrimiz arasında istər ikitərəfli qaydada, istərsə də regional təşkilatlar və layihələr çərçivəsində səmərəli əməkdaşlığın müvəffəqiyyətlə davam etdirilməsi yolunda bundan sonra da birgə səylər göstərəcəyik. Bu xoş gündə Sizə möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə uğurlar, dost Gürcüstan xalqına sülh və firavanlıq arzulayıram”, -deyə prezidentin məktubunda qeyd olunub. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: