İlham Əliyev Mixail Saakaşvilini təbrik edib
21 Dekabr 2011 Çərşənbə 16:54
Azərbaycan prezidenti Gürcüstan prezidenti Mixail Saakaşviliyə telefonla zəng edib.
Bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Gürcüstan Prezidenti Mixail Saakaşviliyə telefonla zəng edib. Dövlət başçısı Mixail Saakaşvilini ad günü münasibətilə təbrik edib, ona prezidentlik fəaliyyətində uğurlar və möhkəm cansağlığı arzulayıb.
Gürcüstan Prezidenti təbrikə və diqqətə görə dövlətimizin başçısına minnətdarlığını bildirib.
Dövlət başçıları Azərbaycan ilə Gürcüstan arasında ikitərəfli münasibətlərin bundan sonra da genişlənəcəyinə ümidvar olduqlarını bildiriblər.
DOSTLARINLA PAYLAŞ: