İlham Əliyev Maldiv xalqını təbrik edib
24 İyul 2010 Şənbə 17:45
Prezident İlham Əliyev bu məqsədlə həmkarına məktub ünvanlayıb.
Prezident İlham Əliyev bütün Maldiv xalqı və dövlət başçısı Məhəmməd Naşidi Müstəqillik günü münasibəti ilə təbrik edib. Dövlət başçısı bu məqsədlə həmkarına təbrik məktubu ünvanlayıb.
Təbrikdə deyilir: "Hörmətli prezident, Maldiv Respublikasının milli bayramı – Müstəqillik günü münasibətilə sizi və xalqınızı Azərbaycan xalqı adından və öz adımdan ürəkdən təbrik edirəm. Ümidvaram ki, Azərbaycan ilə Maldiv arasında təşəkkül tapmış dostluq və əməkdaşlıq münasibətlərinin inkişafı yolunda səylərimizi bundan sonra da ardıcıl şəkildə davam etdirəcəyik. Sizə ən xoş arzularımı yetirir, dost Maldiv xalqına sülh və firavanlıq diləyirəm". ANSPRESS
DOSTLARINLA PAYLAŞ: