İlham Əliyev Mahmud Abbasa başsağlığı verib
17 Fevral 2012 Cümə 16:46
Prezident Fələstində baş vermiş ağır avtomobil qəzası nəticəsində məktəblilərin həlak olmasına münasibət bildirib.
Azərbaycan Respublikasının prezidenti İlham Əliyev Fələstin Dövlətinin prezidenti Mahmud Abbasa başsağlığı verib.ANS PRESS-in prezidentin rəsmi saytına istinadən verdiyi məlumata görə, başsağlığı məktubunda deyilir:
“Hörmətli cənab Prezident, Ölkənizdə baş vermiş ağır avtomobil qəzası nəticəsində məktəblilərin həlak olması xəbəri məni olduqca kədərləndirdi.
Bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxın adamlarına, bütün Fələstin xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananlara və xəsarət alanlara şəfa diləyirəm. Allah rəhmət eləsin!”
DOSTLARINLA PAYLAŞ: