İlham Əliyev Kuba Dövlət Şurasının sədrinə məktub ünvanlayıb
06 Noyabr 2010 Şənbə 19:10
Prezident təyyarə qəzasında həlak olanların yaxınlarına başsağlığı verib.
Prezident İlham Əliyev çoxsaylı insan ölümünə səbəb olan təyyarə qəzası ilə əlaqədar Kuba Respublikası Dövlət Şurasının və Nazirlər Şurasının sədri Raul Kastro Rusa başsağlığı verib.
"Hörmətli cənab sədr,
Ölkənizdə baş vermiş təyyarə qəzası nəticəsində çoxsaylı insan tələfatı xəbəri məni son dərəcə kədərləndirdi.
Bu faciə ilə əlaqədar sizə, həlak olanların ailələrinə və yaxın adamlarına, bütün Kuba xalqına şəxsən öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verirəm",- deyə prezidentin başsağlığı məktubunda qeyd edilib. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: